Biz kimik:
2016-cı ildə təsis edilmiş FormaBaku fərdi mühafizə vasitələrinin,xüsusi işçi paltarlarının və peşə geyimlərinin istehsalını və satışını həyata keçirir.
Biznes baxışımız:
Bizim fəaliyyətimiz, müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə, onların istəklərini tam qarşılamaqla, müştəri məmnunluğunun tam təmin olunmasına yönəldilmişdir. Biz, uzunmüddətli işgüzar münasibətlər qurmaqla daima satış həcmini artırmağa çalışırıq. Bizim başlıca məqsədimiz müştərilərə münasib qiymətlərlə yüksək keyfiyyətli və sertifikatlaşmış məhsullar təqdim edərək bazarda mövcud olan tendensiyalar və tələblərlə ayaqlaşmaqdır. FormaBaku öz fəaliyyətində tədricən, lakin davamlı inkişafı əsas götürmüşdür.
Fəaliyyət yerlərimiz:
Bakı şəhərinin mərkəzindən biraz kənar yerdə və gözəl bölgələrimizdən biri olan Şəmkirdə yerləşən, müasir tələblərə cavab verən böyük istehsalat sahəsi mövcuddur. Yerli istehsal, müştərilərin və bazarın tələblərinə daha həssas və rəqabətə davamlı olmaqda böyük imkanlar və üstünlüklər verir.
İstehsalat:
Müasir texnalogiyalarla və yeni avadanlıqlarla təchiz olunmuş istehsalat sahəmiz, keyfiyyət və təhlükəsizlik sahəsində beynəlxalq standartların tələblərinə cavab verən məhsullar istehsal etməyə imkan verir. Məhsulların istehsalında yalnız yüksək keyfiyyətli xammallardan istifadə olunur. İstehsal olunan ümumi təyinatlı, odadavamlı, görünmə dərəcəsi yüksək olan və başqa tipli işçi geyimləri kimi Avropa Standartları tələblərinə cavab verir.
İşçi heyət:
İşçi heyətimiz müvafiq sahələr üzrə peşəkar kadrlardan ibarətdir. Bütün bölmələr, qarşıda qoyulan məsələlərin həllində vahid komanda kimi fəaliyyət göstərir. İnsan Resursları şöbəsi kadrların seçilməsi prosesində gələcək işçilərin peşəkarlığı ilə yanaşı, onların mədəniyyəti, dürüstlüyü və s. kimi fərdi xüsusiyyətlərinə də böyük önəm verir. İşçilərin seçimi zamanı keçirilən müsahibələr rəhbərliyin iştirakı ilə baş verir. Ümumi ofis heyəti 5, tikiş bölməsi isə 46 nəfərdən ibarətdir.
Müştəriyönlülük:
Müştəri məmnunluğunun qiymətləndirilməsi prosedurunun tələblərinə əsasən vaxtaşırı keçirilən sorğular, irad və şikayətlərin qeydiyyatı və təhlili, müştərilərin tələblərinin, istək və arzularının keyfiyyətlə yerinə yetirilməsində bizə kömək edir. Satış və Marketing şöbəsinin peşəkar işçiləri sifarişin qəbul olunduğu andan təhvil verildiyi anadək müştərilərin bütün istəklərini nəzərə alır, fərdi mühafizə vasitələrinin seçilməsi və istifadəsi ilə bağlı professional məsləhətlər verir, satışdan sonrakı müddətdə də müştərilərlə sıx əlaqədə olurlar. Müştərilərimizin Dağ-mədən sənayesi, Kimya sənayesi, Metal konstruksiya sənayesi, Qida emalı sənayesi Xidmət sahəsi, Satış bölməsi və s. kimi istiqamətlidir.
Çalışma metodumuz:
Bizimlə sıx və daim münasib qiymətlə, keyfiyyətli istehsal ehdiyimiz məhsullarımızdan yararlanmaq üçün nümayəndəmiz Sizinlə görüşə gələrək tələblərinizin qeydini aparır. Həmin qeydlər ofis daxilində tələbə uyğun qiymət və zaman təyin edilərək sifarişçi tərəfə bildirilir. Beləliklə ilk və daim sağlam əməkdaşlığa start verilmiş olur.
Ünvanlarımız:
FormaBaku hal-hazırda Bakıda və Şəmkirdə fəaliyyət göstərir