Müqavilə

ALQI-SATQI MÜQAVİLƏSİ № 001

Bakışəhəri 01.01.202

Bir tərəfdən öz Nizamnaməsinə əsasən fəaliyyət göstərən, aşağıda “SATICI” adlanan “FORMABAKU”  MMC-nin direktoru cənab Xxxxx Xxxxx Xxxxx oğlu şəxsində digər tərəfdən və aşağıda “ALİCİadlanan“XXX” MMC-nin direktoru cənab Xxxxx Xxxxx Xxxxx oğlu şəxsində, aşağıdakı məzmunda Müqavilə bağlayırlar:

   1. MÜQAVİLƏNİN  PREDMETİ

1.1. Bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, “Alıcı” malın dəyərini ödəməyi, “Satıcı” isə “Alıcı” ya əlavədə göstərilən malların zəmanında təhvil verməsini öhdələrinə götürürlər.

2.  MÜQAVİLƏNİN DƏYƏRİ VƏ HESABLAŞMA QAYDASI

2.1. Müqavilənin dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə Razılaşdırma Protokolu ilə tənzimlənir köçürmə yolu ilə “Alıcı” tərəfindən “Satıcı” ya ödənilir.
2.2. Malın qiyməti bu müqaviləyə ediləcək əlavələrdə göstəriləcək qiymət razılaşdırma protokolu ilə müəyyənləşdirilir.

3.  MALIN TƏHVİLİ, QƏBULU VƏ TƏCHİZ MÜDDƏTİ

3.1. Bu Müqavilə üzrə malların adı, miqdarı və qiyməti “Satıcı” tərəfindən tərtib və təqdim olunan  Qaimə-Faktura və Hesab-Fakturada göstərilir.
3.2. “Alıcı” bu Müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və “Satıcı”ya vaxtında çatdırılmasına təminat verir.
3.3. Bu Müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində “Satıcı” qəbul etmiş olduğu Hesab-Faktura üzrə ilkin ödəməni zamanında etmədiyi halda, gecikdirilmiş günün iki misli gec qədərində təhvil alma tarixində dəyişiklik olacağını qəbul edir.
3.4. Bu Müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində “Satıcı” Qaimə-Fakturada göstərilən mallarla “Alıcı”nı təchiz etməyi öz öhdəsinə götürür, “Alıcı” isə ona təhvil verilmiş malların dəyərini ödəməyi qəbul edir.
3.5. “Alıcı” Qaimə-faktura üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların “Satıcı” tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
3.6. Mallar, təqdim olunmuş Qaimə-Fakturaya uyğun olaraq, “Alıcı”nın ünvanına çatdırıldıqdan sonra “Satıcı” tərəfindən təhvil verilmiş, "Alıcı" tərəfindən isə qəbul edilmiş hesab olunur

4.FORS–MAJOR

4.1 Əgər, Müqavilənin yerinə yetirilmə şərtləri hər-hansı bir dövlətin, yerli hakimiyyət orqanının qadağan tədbirləri və yaxud tərəflərin təsir göstərə bilmədiyi hadisələr,məsələn, zəlzələ, daşqın, yanğın, müharibə nəticəsində baş versə, bunun üçün tərəflər məsuliyyət daşımır və Müqaviləyə əsasən tam və ya qismən məsuliyyətdən azad edilirlər. Yuxarıda göstərilən hadissələr baş verdiyi halda “Satıcı dərhal Alıcı”ya yazılı surətdə xəbər verir. Bu halda Müqavilə öhdəliklərin yerinə yetirilməsi daha 6 (altı) ay müddətində uzadıla və ya tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilə bilər.

5. MÜBAHİSƏLƏRƏ BAXILMA

5.1. Bu Müqavilə əsasında və ya onunla əlaqədar meydana çıxan bütün mübahisələr, fikir ayrılıqları və tələblər, hər iki tərəfin mənafeyini qane etməklə, danışıqlar yolu ilə həll olunmalıdır.
5.2. Müqavilənin şərtləri pozulduğu halda, tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq məhkəməyə müraciət edə bilər.

6. MÜQAVİLƏNİN MÜDDƏTİ

6.1. Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 01.01.202-ci il müddətinədək öz hüquqi qüvvəsini saxlayır.

7. XÜSUSİ ŞƏRTLƏR

7.1 Tərəflər bu Müqavilə ilə əlaqədar bütün məlumatları konfidensial saxlanılmasına məsuldurlar.
7.2. Bu Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər tərəflər arasında müzakirə olunacaq və yazılı, xronologi ardıcıllıqla nömrələnmiş formada imzalanacaq və bu müqavilənin ayrılmaz hissəsi olacaqdır.
7.3. Bu Müqaviləyə dəyişikliklər və ya əlavələr  hər iki tərəfin yazılı şəkil, qarşılıqlı razılığı əsasında aparıla bilər.
7.4. Bu Müqavilənin ayrı–ayrı bəndlərinin ləğv edilməsi bütövlukdə müqavilənin ləğv edilməsi  demək deyildir.
7.5. Müqavilə Azərbaycan dilində yazılmış və təsdiqlənmiş 2 (iki) nüxsədə tərtib olunmuşdur. Müqavilənin hər iki nüxsəsi eyni  hüquqi qüvvəyə malikdir.
7.6. Müqavilə üzrə ödəmələr vaxtında həyata keçirilmədiyi halda hər gecikdirilən gün üçün geçikdirikmiş məbləğin 0.1%-i miqdarında cərimə hesablanaraq “Alıcı” tərəfindən “Satıcı”ya ödənilməlidir.
7.7. Müqavilə üzrə mallar Müqaviləyə Əlavə Razılaşdırma Protokulunda nəzərdə tutulmuş müddətdə  təhvil verilmədiyi halda hər gecikdirilən gün üçün ödənilmiş ilkin ödəniş məbləğinin 0.1%-i miqdarında cərimə hesablanır və “Alıcı” tərəfindən “Satıcı”ya ödənilməli olan ödəniş məbləğinin qalan hissəsindən çıxılır. Mallar 30 (iş) günündən artıq müddətdə gecikdirildikdə “Alıcı” mallara marağını itirmiş sayılır və Müqaviləni ləğv etmək, ilkin ödəniş və vurulmuş zərəri (gecikdirməyə görə hesablanan cərimə məbləğini) tələb etmək hüququna malik olur.

8.TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI VƏ BANK REKVİZİTLƏRİ

Satıcı: FORMABAKU MMC
Satıcı: VOEN: .................
Satıcı hesab nömrəsi:
......................................................

Ünvan : ...........................................

Alıcı: ...........................
Alıcı: VÖEN: ...........................
Alıcı hesab nömrəsi:
......................................................

Ünvan: Bakı şəh.,...........................................

Satıcı Bank: .................
Bankın SWIFT kodu: .................
Bankın VÖEN-i: .................

Bankın kodu: .................
M/h:  ......................................................
 

Direktor: Xaspolatov Anar ___________________

Alıcı Bank: ...........................
Bankın SWIFT kodu: ...........................
Bankın VÖEN-i: ...........................
Bankın kodu: ...........................
M/h:  ......................................................
 

Direktor: ................. _________________